Dubayda 300 milyon dollar dəyərində İmmersive qüllə tikiləcək

11:14 - 6.05.2024


6 may, Fineko/abc.az. Dubay Beynəlxalq maliyyə mərkəzi (DIFC) əmirliyin yeni memarlıq cazibəsi olacaq çoxfunksiyalı İmmersive qülləsinin təməl daşını qoydu. Tikintinin başa çatması 2027-ci ilin aprel ayına planlaşdırılır.

ABC.AZ xəbər verir ki, layihənin dəyəri 1,1 milyard dirhəm (299,4 milyon dollar) qiymətləndirilir. Sahəsi 115 min kv. m olan bina Dubayın maliyyə rayonunun mərkəzində — Daman qülləsinin yanında — ICD Brookfield Tower göydələlinə baxan yerdə yerləşəcək.
37 mərtəbəli İmmersive qüllədə 58,6 min kv.m ofis sahəsi, təxminən 10,6 min kv. m ticarət sahəsi nəzərdə tutulur.