“Sefa Medical Group” MMC cərimələnir

12:29 - 6.05.2024


6 may, Fineko/abc.az. “Sefa Medical Group” MMC barəsində inzibati xəta protokolu tərtib edilib.

ABC.AZ xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb.

Protokol Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Vüsal Qurbanovdur.

Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Bu protokolun imzalanması şirkətin artıq cərimələnməsi deyil. Belə ki, Məhkəmə, iş materiallarını araşdırmaqla şirkətin cərimə edilib-edilməyəcəyinə qərar verir.