Dünyada ilk dəfə Yaponiyada bu sahə üzrə ilk dərmanın klinik sınaqları başlayır

17:15 - 6.05.2024


6 may, Fineko/abc.az. Yaponiyada diş böyüməsini bərpa etmək üçün dünyanın ilk dərmanının klinik sınaqları başlayır. 2025-ci ilin avqust ayına qədər davam edəcək sınaqların ilk mərhələsində 30-64 yaş arası 30 kişi iştirak edəcək. İkinci mərhələdə dərman, doğuşdan üçdən çox diş olmayan uşaqlarda sınaqdan keçiriləcək. 

Dərmanın təhlükəsizliyi təsdiqləndikdən sonra, metodun effektivliyini təsdiqləmək üçün dişləri olmayan xəstələrə təyin olunacaq.  

ABC.AZ xəbər verir ki, tədqiqatçılar dərmanı 2030-cu ildə satmağa başlamağı ümid edirlər.
Diş böyüməsini bərpa edən dərman bu prosesi maneə törədən USAG-1 zülalını deaktiv edir. Layihə müəlliflərinin fikrincə, gələcəkdə dişlər yalnız anadangəlmə xəstəlikləri olan insanlarda deyil, diş çürüməsi və ya xəsarət səbəbindən dişlərini itirənlərdə də yetişdirilə bilər.