11:13 - 7.05.2024
7 may, Fineko/abc.az. Azərbaycanda 2012-ci ildən etibarən qadın sahibkarların sayında 4 dəfəyədək artım müşahidə olunur.
ABC.AZ xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda ümumi sahibkarlar arasında qadınların payı 22.7% təşkil edir.
“2020-ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 63.3%-ni təşkil edirdisə, 2021-ci ildə 64.8% və 2022-ci ildə 67.1%-ni təşkil etmişdir”, – Dövlət Komitəsinin sədri vurğulayıb.
O qeyd edib ki, hazırda ölkə ərazisində 17 Qadın Resurs Mərkəzi fəaliyyət göstərir və onların 8336 üzvü var: “Azərbaycanda əsasən qadın sahibkarların kənd təsərrüfatı ilə məşğul olduqlarını nəzərə alaraq (hər 5 fermerdən biri qadındır) kənd yerlərində bütün siyasətlərə gender aspektinin inteqrasiya edilməsi, qərarların qəbul edilməsi proseslərində və rəhbər vəzifələrdə qadınların bərabər iştirakının təmin edilməsi əsas hədəflərdən biridir. Yerlərdə gender siyasətinin təşviqi məqsədilə Dövlət Komitəsi bütün bələdiyyələrdə Gender Komissiyalarının yaradılması üzrə fəaliyyətə başlamışdır”.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024