Azərbaycanda bu qədər Slovakiya şirkəti var

12:08 - 7.05.2024


7 may, Fineko/abc.az. Azərbaycanla Slovakiya arasında İT sahəsində əlaqələrin genişləndirilməsi üçün imkanlar var.

ABC.AZ xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda deyib.

Onun sözlərinə görə, Slovakiya bura daha çox idxal edir, Slovakiyaya ixracımız artmaqdadır:

"Slovakiyanın Azərbaycanda 7 şirkəti fəaliyyət göstərir. Düşünürük ki, bu kimi biznes forumdan sonra iki ölkə arasında ticarət dövriyyəsi artacaq. Bugünkü forumda Slovakiyadan 37 şirkət, Azərbaycandan 55 şirkət və dövlət qurumları, eləcə də təşkilatlar iştirak edir. İnanırıq ki, bugünkü görüşlər yeni imkanlar yaradacaq və bir-birimizlə əməkdaşlığı müzakirə etməyə imkan verəcək”. (Report)