"Ege Hospital” növbəti dəfə məhkəməyə verildi

14:08 - 7.05.2024


7 may, Fineko/abc.az. "Ege Hospital" MMC-yə əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması)  inzibati xəta protokolu tərtib olunub.

Asayis.Az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü  maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə görə  qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Şəhər Nərimanov Rayon məhkəməsində  hakim Gültəkin Əsədova təyin edilib.

Qeyd edək ki, "Ege Hospital"a daha öncə də həmin məcəllənin 215.4-cü, 389-cu, 430.4-cü və 496.1-ci maddələri cərimə protokolu yazılıb.