Müsəlmanların ən çox yaşadığı ölkələr - Siyahı

15:59 - 7.05.2024


7 may, Fineko/abc.az. Müsəlmanların ən çox yaşadığı ölkələrin siyahısı dərc edilib. 

ABC.AZ xəbər verir ki, sözügedən siyahı “Worldupdates”in araşdırmasından sonra məlum olub.

Araşdırmalara görə, ən çox müsəlman Pakistandadır. Belə ki, bu ölkədə 240 milyon müsəlman yaşayır.

Müsəlmanların ən çox yaşadığı ölkələri sizə təqdim edirik:

1. Pakistan 240 milyon

2. İndoneziya 236 milyon

3. Hindistan 200 milyon

4. Banqladeş 150 milyon

5. Nigeriya 97 milyon

6. Misir 90 milyon

7. Türkiyə 84 milyon

8. İran 82 milyon

9. Çin 50 milyon

10. Əlcəzair 43,7 milyon