Araz çayı üzərində “Qız Qalası” hidroqovşağı işə salınacaq

17:01 - 7.05.2024


7 may, Fineko/abc.az. Yaxın günlərdə Azərbaycan-İran sərhədində yerləşən “Qız Qalası” hidroqovşağının istismara verilməsi nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan Regional Su Şirkətinin icraçı direktoru Yusif Qaffarzadə deyib.

“Ölkənin şimal-qərbində ən mühüm layihə olan su elektrik stansiyasının (SES) tikintisi üzrə işlər yekunlaşıb və yaxın günlərdə onun təntənəli açılış mərasimi keçiriləcək”, – o bildirib.

Onu sözlərinə görə, “Qız Qalası” SES-in istismarı suvarma və kənd təsərrüfatının sürətli inkişafı ilə yanaşı, regionun iqtisadi inkişafına, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinə və turizmin inkişafına gətirib çıxaracaq.

Qeyd edək ki, layihə iki su elektrik kompleksinin və quraşdırılmış gücü 100 MVt olan “Xudafərin” və 40 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının tikintisini nəzərdə tutur.