Azərbaycanda fındıq istehsalı üzrə dövlət müəssisəsi hərraca çıxarılıb

13:05 - 6.08.2018


6 avqust, Fineko/abc.az. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə növbəti hərrac keçirəcək.

Dövlət Komitəsi xəbər verir ki, hərrac 4 sentyabr tarixində keçiriləcək.

“Hərraca  76 obyekt, o cümlədən 17 səhmdar cəmiyyət, 32 kiçik dövlət müəssisəsi, 24 qeyri-yaşayış sahəsi, 3 nəqliyyat vasitəsi  çıxarılacaq”, - məlumatda belə deyilir.

Özəlləşdirmə obyektləri Şirvan, Bərdə, Tərtər, Kürdəmir və digər bölgələrdə yerləşir.

Hərraca, “Tərtər Nəqliyyat”, “Zaqatala fındıq”, “Bərdə Kəndkimya” kimi dövlət əmlakları çıxarılıb.

Növbəti linkə keçid almaqla obyektlərlə daha ətraflı tanış olmaq olar:

http://www.privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/kidzhik-doevlaet-muaessisae-vae-obyektlaeri

 

Bütün xəbərlər