Azərbaycandan xaricə turist kimi gedənlər azalıb, ya artıb?

10:41 - 8.05.2024


8 may, Fineko/abc.az. 2024-cü ilin birinci rübündə Azərbaycandan xaricə gedənlərdə turizm məqsədi ilə gedənlərin sayında illik müqayisədə 39 faiz artıb. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk rübündə 289 min üzərində xaricə turizm məqsədi ilə insan gedib. Bu 2023-cü ilin müvafiq dövründə 208 min nəfərə yaxın idi.

Bununla belə, ilin ilk rübündə xaricə gedən turistlərin cəmi gedənlərdə payı son bir ildə 57.9%-dən 61.2%-ə yüksəlib. Azərbaycandan turizm məqsədi ilə ən çox Türkiyəyə gedib. İlin ilk rübündə bu ölkəyə 98 min insan gedib və bu da illik 15% artımdır. İkinci sırada Rusiyadır və bu ölkəyə də illik müqayisədə 50% artımla 70 min insan ziyarət edib. Bununla belə, 2024-cü ildə ən çox artım dinamikası İtaliya, Fransa, Çin, Hindistan və Qətərə turizm məqəsədi ilə gediblər.