Dünyada anomal istilər yeni rekordlar nümayiş etdirir

11:34 - 8.05.2024


8 may, Fineko/abc.az. Anomal qlobal istilər davam edir. Avropa Birliyi İqlim Monitorinqi Xidməti “Copernicus”un son məlumatlarına görə, bu ilin aprel ayı tarixdə ən isti ay kimi qiymətləndirilir. 

ABC.AZ xəbər verir ki, Xidmətin məlumatına görə, bu, artıq ardıcıl 11-ci aydır ki, bütün dünyada yüksək temperatur müşahidə olunur. Bu yeni faktı nəzərə alaraq, bəzi alimlər xəbərdarlıq edirlər ki, çox ehtimal ki, 2024-cü il ardıcıl olaraq ikinci dəfə tarixin ən isti ili ola bilər.