Azərbaycan tankçıları “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinalına çıxıblar

16:16 - 6.08.2018


6 avqust, Fineko/abc.az. Azərbaycan tankçıları “Tank biatlonu-2018” müsabiqəsində yarımfinala çıxıblar.
“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində keçirilən “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatması keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan tankçıları yarımfinalda Çin, İran və Qırğızıstan tankçıları ilə yarışacaqlar.

 

Bütün xəbərlər