Azərbaycanlı turistlər ən çox bu ölkələrdə pul xərcləyir- SİYAHI

11:13 - 10.05.2024


10 may, Fineko/abc.az. Azərbaycan vətəndaşları 2024-cü ilin ilk rübündə xarici ölkələrdə 439.11 milyon manat həcmində xərclər çəkiblər və bu da 2023-cü illə müqayisədə 74 faiz artım deməkdir.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xaricə gedən turistlərin ən böyük xərci nəqliyyarla bağlıdır.

Belə ki, ölkənən xaricə gedən turistlərin xərclərinin 37 faizi və ya 16.57 mln. manatı nəqliyyat xərcləri təşkil edir. 2023-cü ilin ilk rübündə bu rəqəm 38 faiz idi.

Azərbaycanlə turistlər ən çox xərci Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, S.Ərəbistanı və Qazaxıstana səfər etməklə çəkiblər.