“AstraZeneca” koronavirusdan peyvəndinin buraxılışını dayandırdı — Səbəb

12:03 - 10.05.2024


10 may, Fineko/abc.az. İngiltərə-İsveç əczaçılıq şirkəti AstraZeneca, aşağı tələb riski səbəbindən Vaxzevria COVID-19 peyvəndini dayandırdı.

ABC.AZ xəbər verir ki, Avropa Dərman Agentliyi AstraZeneca qərarının 7 mayda qüvvəyə mindiyini söylədi.

AstraZeneca-nın hesablamalarına görə, indi COVID-19 üçün dərman bazarında artıqlıq müşahidə olunur və koronavirusun yeni növlərinin meydana çıxması nəzərə alınmaqla köhnə peyvəndlər aktuallığını itirir. AstraZeneca, COVID-19 dərmanlarına tələbatın azalmasını qeyd edən yeganə əczaçılıq şirkəti deyil. Belə ki, Moderna-nın koronavirus peyvəndinin buraxılışı 2024-cü ilin 1-cü rübünün nəticələrinə görə 91% azalıb, Pfizer dərmanının satış gəlirlərində 88% azalma olub.