İlham Əliyev və Həsən Ruhani Tehranda görüşdülər

17:10 - 1.11.2017


Azərbaycan Prezidenti İlham Əliyev İranda işgüzar səfərdədir.

Prezident İlham Əliyevi İranın iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasian və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.

Artıq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü baş tutub.

 

***

 

Görüş əsnasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri və məsələləri müzakirə edilmiş, regional məsələlərə toxunulmuş, terrorçuluq və ekstremizm ilə mübarizə məsələlərinə dair fikir mübadiləsi aparılmışdır. Tərəflər qeyd etdilər ki, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığı böyük potensiala malikdir və bu format çox önəmli sahələrdə əməkdaşlıq üçün yaxşı nəticələr verə bilər.

Görüşdə həmçinin iqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu, ticarət dövriyyəsinin keçən il 70%, bu ilin 9 ayında isə 33%-ə qədər artması yüksək qiymətləndirildi.

Görüş zamanı, energetika, neft-qaz, nəqliyyat sahələrinə qarşılıqlı sərmayə qoyuluşu məsələləri üzrə fikir mübadiləsi aparıldı. Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin uğurla yerinə yetirilməsi qeyd edildi.

 


Bütün xəbərlər