Azərbaycanda minimum əməkhaqqının artırılacaq

10:27 - 13.05.2024


13 may, Fineko/abc.az. Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır.

ABC.AZ xəbər verir ki, bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyətı üzrə təqdim etməsi tapşırılıb.