Bakıda tramvay xəttinin reallaşmasına başlanılıb

11:44 - 13.05.2024


13 may, Fineko/abc.az. Baş Plan strateji bir sənəddir. Gündəlik icra üçün sənəd deyil.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib.

O qeyd edib ki, Baş Plan Bakı şəhərinin yaxın 30 il müddətində gələcək inkişafına istiqamət verən, gələcək istiqamətini müəyyənləşdirən bir sənəddir.

"Əlbəttə ki, Baş Plan əsasında şəhərin müxtəlif hissələrində konkret işlər görüləcək. Bu işlər üzrə artıq layihələndirmə proseslərinə başlanılıb. Məsələn, Baş Planın ən vacib sahələrindən biri nəqliyyat infrastrukturudur. Bakıda tramvay xəttinin reallaşmasına artıq başlanılıb. Zənnimcə, ikinci vacib məsələ paytaxt ərazisində olan 1-2 mərtəbəli yararsız məhəllələrin, hətta deyərdim böyük bir rayonların yerində müasir yaşayış evlərinin tikintisidir", - deyə E.Qasımzadə vurğulayıb.