Səudiyyə Ərəbistanında super yaxtalar üçün unikal arxitekturalı iri liman tikiləcək

11:50 - 13.05.2024


13 may, Fineko/abc.az. Səudiyyə Ərəbistanı ərazisinin İnkişafı Agentliyi “Neom”, Qırmızı dənizin şimalındakı Aqaba körfəzində yerləşən Jaumur yaşayış sahəsi layihəsini təqdim edib.

ABC.AZ xəbər verir ki, onun əsas xüsusiyyətlərindən biri unikal arxitekturaya malik superyaxtlar üçün liman olacaqdır.

Jaumur ərazisində 350 otaq və otel lüksü, 1200 apartament və dənizə baxan villalar, həmçinin müxtəlif əyləncə, idman və mədəniyyət obyektləri üçün iki otel tikiləcək.

Super yaxta limanı Aqaba körfəzindəki ən iri infrastruktur olacaq.