Almaniyada Lenovo və Motorola smartfon, planşet və noutbukların satışı qadağan edilib — Səbəb

14:23 - 13.05.2024


13 may, Fineko/abc.az. Almaniyada məhkəmə Lenovo və Motorola smartfon, planşet və noutbukların satışını qadağan edib.

ABC.AZ xəbər verir ki, səbəb Amerikanın InterDigital şirkəti ilə simsiz WWAN İnternet bağlantısı texnologiyasının lisenziyalaşdırılması şərtlərinə görə patent mübahisəsi olub. WWAN modulları ilə təchiz edilmiş bütün qurğular qadağan edilib.   

InterDigital, Lenovo və Motorola məhsullarında, o cümlədən yeni Motorola Edge 50 Ultra xəttində geniş istifadə olunan WWAN texnologiyası patenti də daxil olmaqla, simsiz rabitə sahəsində müxtəlif texnologiyalar üçün on minlərlə patentə sahibdir. Şirkətlər texnologiyanın istifadəsi üçün ödənişlə bağlı fikir ayrılığına düşdülər: InterDigital-ın iddia etdiyi kimi, Lenovo istifadə lisenziyasını ödəmədi və InterDigital-ı məhkəməyə verməyə məcbur etdi. Öz növbəsində, Lenovo InterDigital-ın şərtlərinin ədalətsiz olduğunu iddia edir.