Neft bahalaşır, Brent bir barel üçün $83,48 təşkil edir

09:40 - 14.05.2024


14 may, Fineko/abc.az. Çərşənbə axşamı baş tutan hərracda etalon markalarln qiyməti cüzi yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:35-ə qədər $0,12 (0,14%) artaraq bir barelə $83,48-a çatıb. Mayın 13-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul fyuçersləri $0,57 (0,69%) artaraq bir barel üçün $83,36-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti 09:35-də $0,15 (0,19%) artaraq bir barelə $79,27-a çatıb. Mayın 13-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti $0,86 (1,10%) artaraq bir barel üçün $79,12-a çatıb.