Azərbaycanda ixrac edilən qazın həcmi 8,5 milyard kubmetrə çatıb

10:18 - 14.05.2024


14 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 9,6 mln. ton, ixraca nəql edilən həcmlər isə 7,9 mln. ton olub.

ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Bu dövrdə 500 mln.m3 artımla hasil edilmiş 16,7 mlrd.m3 qazın 8,5 mlrd.m3-i ixrac olunub.