İri korporasiyalar Fransaya 16 milyard dollardan çox investisiya yatırır

10:55 - 14.05.2024


14 may, Fineko/abc.az. Microsoft, Amazon, Pfizer və bir sıra digər korporasiyalar Fransaya rekord 15 milyard avro (16,2 milyard dollar) investisiya qoymağı planlaşdırırlar.

ABC.AZ xəbər verir ki, Microsoft ən çox investisiya etdiyini elan edib. Belə ki, şirkət 4 milyard avro (4,3 milyard dollar) ayıracaq ki, bu da ölkədə işlədiyi 41 il ərzində onun üçün rekord investisiya məbləğidir. Vəsaitlər Fransada bulud və süni intellekt infrastrukturunun yaradılmasına yönəldiləcək.

Amazon, öz növbəsində, 1,2 milyard avro (1,3 milyard dollar) sərmayə qoyur ki, bu da 3000-ə qədər yeni iş yerinin yaradılmasına imkan verəcək.

Əczaçılıq nəhəngi Pfizer, önümüzdəki beş il ərzində Fransaya 500 milyon avro (540 milyon dollar) sərmayə qoyacağını vəd edərək, ölkənin tədqiqat və inkişaf sektorunu genişləndirəcək.

Pullarını Fransaya yatırmaq niyyətində olan digər şirkətlər arasında AbbVie, AstraZeneca, GSK, IBM, Kia Morgan Stanley və Procter & Gamble də var.