Sahibkarların nəqliyyat xərcini dövlət ödəyəcək

11:25 - 14.05.2024


14 may, Fineko/abc.az. Azərbaycanda Azərbaycanda ilk dəfə olaraq logistika subsidiyalarının ödənilməsinə başlanılacaq. 

ABC.AZ xəbər verir ki, burada söhbət biznesin – sahibkarların və şirkətlərin nəqliyyat xərclərinin bir hissəsinin dövlət tərəfindən ödənilməsindən gedir.

Bu yenilik sahibkarların istehsal olunaraq xaricə ixrac etdiyi malların daşınması xərcinə şamil olunacaq.

Azərbaycanda tamamilə yeni bir dəstək növü olan logistika subsidiyaları məsələsi 2023-cü ilin əvvəlində ortaya çıxıb. Həmin vaxt İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPOMO) rəhbəri Yusif Abdullayev bildirmişdi ki, dövlət sahibkarlara logistika subsidiyası təqdim etmək niyyətindədir. Qarabağda fəaliyyət göstərən logistika subsidiyaları daha böyük olacaq.

Belə ki, ölkə üzrə logistika subsidiyaları 5 il, işğaldan azad edilən ərazilərdə isə 10 il müddətinə tətbiqi olunacaq. Layihənin hələ ötən ilin martında Nazirlər Kabinetinə təqdim olunmapsı gözlənilirdi.