Qazaxıstan "müasir köçərilər" Neo Nomad Visa vizasını təqdim edir

12:04 - 14.05.2024


14 may, Fineko/abc.az. Qazaxıstanda yeni vizalar tətbiq ediləcək.

ABC.AZ xəbər verir ki, bu barədə respublikanın turizm və idman naziri Yermek Marjikpayev məlumat verib.

Nazir hökumətin iclasında çıxış edərək bildirib ki, hazırda Qazaxıstanda xarici vətəndaşlar üçün uzunmüddətli qalma hüququ verən Neo Nomad Visa müasir köçərilər vizasının tətbiqi məsələsinə baxılır.

"Bu tədbirin həyata keçirilməsinin gözlənilən iqtisadi təsiri hər il 3 milyard təngədən çox olacaq. Hazırda Neo Nomad Visa-nın tətbiqi mexanizmi hazırlanıb və maraqlı dövlət qurumlarına göndərilib", - deyə məmur qeyd edib.