Rabitəbankın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

14:07 - 14.05.2024


14 may, Fineko/abc.az. 15 may 2024-cü il tarixində Bakı Fond Birjasında "Rabitəbank" ASC-nin “Yaşıl” istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

ABC.AZ banka istinadla xəbər verir ki, 18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Rabitəbank" ASC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

Dövlət qeydiyyat nömrəsi AZ2005003556, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 100 min ədəd, hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 9,5%, tədavül müddəti 2 ildir. Ödəniş periodu hər 3 aydan birdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.