Turistlərin Azərbaycana gəlişində 14%-lik geriləmə var

14:17 - 14.05.2024


14 may, Fineko/abc.az. 2019-cu ilin rəqəmləri ilə müqayisədə turistlərin Azərbaycana gəlişində 14 %-lik geriləmə mövcudur. 

ABC.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 4-cü assambleyasında deyib.

K.Qasımov 2024-cü ilin ölkənin turizm sektorunda həlledici illərdən biri olacağını diqqətə çatdırıb. "Hesab edirik ki, bu il 2019-cu ilin rekord göstəricisinə çatacağıq. Cari ilin 4 ayının gostəriciləri bunu deməyə əsas verir. Nəzərə almaq lazımdır ki, əldə olunan irəliləyişlər məhdudiyyətlər şəraitində baş verir. Bununla belə qarşıdakı illərdə turizm sektorunun inkişaf yoluna qədəm qoyacağına umidliyik”,- deyə, o qeyd edib. (Report)