15:53 - 14.05.2024
14 may, Fineko/abc.az. Bu ilin may ayının 1-nə Azərbaycan üzrə uçotda olan 1 milyon 547 min 914 vergi ödəyicisinin 87,3 %-i fiziki şəxs, 12,7 %-i hüquqi şəxs və digər təşkilatlar olub.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 %, o cümlədən fiziki şəxslərin sayı 7,3 % (ümumi artımın 86,5 %-i), hüquqi şəxslərin sayı 7,8 % (ümumi artımın 13,5 %-i) artıb.
Təhlil aparılan dövrdə vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 % olub.
Kommersiya qurumlarının sayı 180 174 vahid təşkil edib və müqayisə edilən dövr ərzində 8,5 % artıb.
Yanvar-aprel aylarında 3 995 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 3 583-i yerli investisiyalı, 412-si xarici investisiyalı qurumlardır.
Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 78,5 %-i elektron qaydada edilmiş müraciətlər əsasında qeydə alınıb.
Bu dövrdə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 87,9 % təşkil edib.
4 ayda yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 540 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.
Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 13,5 %, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,1 % təşkil edib.
Ümumiyyətlə, 2024-cü ilin yanvar-aprel aylarında icra olunmuş elektron qeydiyyat ərizələrinin 2 587-si “Asan imza” ilə təqdim olunub.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024