16:15 - 14.05.2024
14 may, Fineko/abc.az. İğdır-Naxçıvan qaz kəmərinin ən qısa zamanda istifadəyə verilməsi planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Türkiyə-Azərbaycan təbii qaz sahəsində əməkdaşlıq anlaşması”nın imzalanma mərasimində deyib.
Onun sözlərinə görə, bu qış mövsümündə Naxçıvana təbii qaz Türkiyə üzərindən təslim ediləcək.
Xatırladaq ki, 2023-cü ilin sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoyublar.
İğdır-Naxçıvan qaz boru kəmərinin Azərbaycan hissəsinin tikintisinin 2024-cü ilin may ayında, Türkiyə hissəsinin tikintisinin 2024-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır.
21 May 2025
21 May 2025