Azərbaycanda araq istehsalı 11% azalıb

17:26 - 14.05.2024


14 may, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 292,3 min dkl araq istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 36,7 min dkl və ya 11% azalıb.

Ötən ilin yanvar-mart aylarında 329 min dkl pivə istehsal edilmişdi.

2024-cü ilin aprel ayının 1-nə hazır məhsul ehtiyatı 166,6 min dkl olub.

 Hazır məhsul ehtiyatı 67,6 min dkl və ya 29% azalıb. 2023-cü ilin aprel ayının 1-nə hazır məhsul ehtiyatı 234,2 min dkl təşkil edib.