09:44 - 15.05.2024
15 may, Fineko/abc.az. Rusiyada bütün fraksiyaların deputatları Dövlət Dumasına yetkinlik yaşına çatmayanlara enerji içkilərinin pərakəndə satışını qadağan edən qanun layihəsi təqdim ediblər.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin Telegram kanalında bildirib.
"Bütün fraksiyaların deputatları Dövlət Dumasına alkoqolsuz toniklərin, o cümlədən enerji içkilərinin ölkə daxilində yetkinlik yaşına çatmayanlara pərakəndə satışını qadağan edən qanun layihəsi təqdim etdilər», — deyə o bildirib.
Volodin qeyd edib ki, uşaqlara enerji məhsullarının satışının qadağan edilməsi haqqında qərar, avqust ayına qədər qəbul edilməlidir.
"Avqust ayına qədər uşaqlarımızın sağlamlığını qoruyacaq, gənclər arasında pis vərdişlərin yayılmasını dayandıracaq bu vacib qərara nail olmalıyıq", — deyə o qeyd edib.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024