ABŞ quş qripinə qarşı mübarizəyə bu qədər vəsait ayırıb

09:49 - 15.05.2024


15 may, Fineko/abc.az. ABŞ hakimiyyəti yeddi həftə əvvəl ilk dəfə mal-qarada aşkarlanan H5N1quş qripi virusu ilə mübarizə üçün 199 milyon dollar ayırıb.

ABC.AZ xəbər verir ki, ölkənin kənd təsərrüfatı naziri Tom Vilsak deyib ki, süd fermaları, virusun aradan qaldırılması üçün üç ay ərzində 28 min dollara qədər departament yardımı almaq hüququna malikdir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi və Səhiyyə və Rifah Nazirliyi birlikdə süd istehsalçılarına kömək etmək və əhalinin sağlamlığını qorumaq üçün təxminən 200 milyon dollar ayırıblar.
Virus Aydahodan Şimali Karolinaya qədər doqquz ştatda 42 mal-qara sürüsündə aşkar edilib.