Rusiya tərtibatçıları yeniləmədən AI ilə antivirus yaradıblar

09:59 - 15.05.2024


15 may, Fineko/abc.az. Rusiya tərtibatçıları yeniləmədən AI ilə antivirus yaradıblar. Neyro şəbəkə Python-da yazılıb. O, kompüterdəki softun davranışını təhlil edir. Proqram Trojan viruslarını, rootkitləri (fərdi məlumat toplayan proqram) və PC resurslarından qanunsuz istifadə edən proqram təminatlarını təyin edə bilir.

ABC.AZ xəbər verir ki, zərərli proqramı dəqiq müəyyənləşdirmək üçün, proqram neyro şəbəkə və neyro siqnatur analizlərindən istifadə edir. Birincisi maşın öyrənməsinə əsaslanır - AI əvvəldən zərərli proqram davranış alqoritmlərini, məsələn, Trojan viruslarını ehtiva edir.
Neyro siqnatur təhlili zərərli proqram və AI-nin müəyyənləşdirilməsinin ənənəvi metodunu qarışdırmaqdan ibarətdir.