Startaplar vasitəsi ilə birgə beynəlxalq arenaya çıxmağı hədəfləmişik - Agentlik sədri

09:59 - 15.05.2024


15 may, Fineko/abc.az. Ən uğurlu vektorlalrla işləyən startaparla əməkdaşlıq edəcəyik.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Fintex Sammitdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva bildirib.

O qeyd edib ki, istəyirik ki, startaplar vasitəsi ilə birgə beynəlxalq arenaya çıxaq.

"Artıq bir neçə gündür yeni layihəyə də başlamışıq. Bu layihədə həm də Azərbaycan daxilində və bölgələrdə olimpiya müsabiqələri qaliblərinə təqaüd proqramı da nəzərdə tutur. Bu proqram sayəsində onlar peşəkar mühəndis kimi formalaşacaq. Əsas məqsədimiz beynəlxalq bazara çıxmaqdı. Hazırda özəl sektorla işləyirik. Yəni dövlət onlara dəstəyi müəyyən müddət olacaq. Əslində isə onlara dəstək bir müddətdən sonra daha çox özəl sahədən gəlməlidir ki, inkişaf da istədiyimiz kimi, olsun".

Müəllif: Elmir Murad