Bakı və Ankara Türkmənistan qazının Türkiyəyə tədarükü barədə razılığa gəliblər

10:33 - 15.05.2024


15 may, Fineko/abc.az. Ankara Bakı ilə saziş imzalayaraq Türkmənistan qazının Türkiyəyə çatdırılmasını təmin edib.

ABC.AZ xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.

Bayraktar və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çərşənbə axşamı Ankara ilə Bakı arasında təbii qaz sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Bayraktarın sözlərinə görə, bu sazişin bir çox xüsusiyyətləri var, xüsusən də ona uyğun olaraq 2030-cu ilə qədər Xəzər dənizindəki mənbələrdən Azərbaycan təbii qazının və onun əlavə həcmlərinin Türkiyəyə gələcəyi proqnozlaşdırılır. Təbii qazın bir hissəsi daha sonra Avropaya çatdırılacaq.

"Bundan əlavə, vacib bir cəhəti qeyd etmək istəyirəm. Bu razılaşma sayəsində Türkmənistandan Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə təbii qazın tranziti ilə bağlı razılığa gəldik", — deyə nazir bildirib.