Azərbaycanda fintex sektoru çox uğurlu şəkildə inkişaf etdiriləcək - Vüsal Qasımlı

10:42 - 15.05.2024


15 may, Fineko/abc.az. Hazırda Azərbaycanda "2024-2028-cı illər üzrə fintex strategiyası"nın hazırlanması ilə bağlı proqram hazırlanır.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən Fintex Sammitində deyib.

V. Qasımlı bildirib ki, hazırda bu məsələ ilə bağlı requlyativ qurumla danışıqlar aparılır.

"Strategiyada hədəflər, ona çatmaq istiqamətləri düzgün müəyyənləşdirilməlidir. Azərbaycanda fintex sektoru çox uğurlu şəkildə inkişaf etdiriləcək", - deyə V.Qasımlı bildirib.

Müəllif: Elmir Murad