İran bu adalarından Dubay və Omana dəniz sərnişin xətlərini işə salır

11:59 - 15.05.2024


15 may, Fineko/abc.az. İran Keşm və Kiş adalarından Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Oman və Dubay sultanlığına dəniz sərnişin xətləri çəkməyi planlaşdırır.

ABC.AZ xəbərinə əsasən, bu barədə İranın Azad Sənaye-Ticarət və xüsusi iqtisadi zonalar Ali Şurasının katibi bildirib.

O qeyd edib ki, daxili dəniz xətlərinin inkişafı ilə yanaşı, Kiş və Keşm adalarından Dubay və Oman istiqamətində əyləncə və sərnişin xətlərinin çəkilməsi planlaşdırılır.

O, Keşm və Kiş adalarının Körfəz Sahil dövlətlərinə dəniz xətlərinin çəkilməsi üçün böyük imkanlara malik olduğunu vurğulayıb və özəl sektor investorlarına 1,0 milyard avro dəyərində 100-dən çox investisiya paketinin təqdim edildiyini bildirib.