Cari ildə benzini və dizel yanacağı satışından gəlir artıb

14:05 - 15.05.2024


15 may, Fineko/abc.az. Cari ilin dörd ayında Azərbaycanda yanacaq istehlakçıları 988,4 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 6,6 faiz artıb.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,8 faiz gəlir əldə edilib.