Əhali 4 ayda 2,3 mlrd. manat geyimə pul xərcləyib

15:32 - 15.05.2024


15 may, Fineko/abc.az. Cari ilin yanvar-aprel ayında pərakəndə ticarət şəbəkəsində 2 milyard 278 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-aprel aylarına nisbətən 4,9% çoxdur.

Bu ilin ilk dörd ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 13,4% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.