15:49 - 15.05.2024
15 may, Fineko/abc.az. Rusiya otelləri Muslim Friendly standartına uyğun sertifikat ala biləcəklər.
ABC.AZ xəbər verir ki, bunun üçün Rusiyanın “Roskaçestvo” təşkilatı nəzdindəki Halal Səlahiyyətlər Mərkəzi, Rusiya Federasiyasının bölgələrinin müftiləri ilə birlikdə, belə bir sertifikatlaşdırma sisteminin mövcud olduğu dünyanın 30-dan çox ölkəsinin standartlarına əsaslanan normalar hazırlayıb.
"Standartlar sistemi qonaqpərvərlik müəssisələrinin xidmətlərinin yerinə yetirməli olduğu norma və qaydalar toplusunu nəzərdə tutur: otel otağına (qonağın istəyi ilə) Quran, namaz xalçaları və digər dini atributlar təqdim edilməli, menyuda və minibarda spirtli içkilər olmamalı və s. Normalar bütün otaqlara deyil, konkret otaqlara şamil olunur, beləliklə otel müsəlman qonaqları və digər məzhəblərin qonaqlarını eyni dərəcədə səmimi qəbul edə bilər",— deyə məlumatda qeyd edilir.
Təşkilatda vurğuladılar ki, bu cür normaların tətbiqi və otellərin, restoranların, konqres və sərgi tədbirlərinin uyğunluğu üçün sertifikatlaşdırılmasının həm xarici qonaqlara, həm də Rusiya müsəlmanlarına istirahət və ya iş səfərlərinə hazırlıq prosesini asanlaşdıracaq.
Eyni zamanda, “Roskaçestvo-Halal” qurumu, Tatarıstan Respublikasının mənəvi İdarəsi və digər böyük müsəlman qurumları ilə birlikdə hər bir müsəlmanın yalnız sertifikatlı qonaqpərvərlik müəssisələrinin xidmətlərindən istifadə edərək Rusiyada səyahətini qura biləcəyi xüsusi bir məlumat mənbəyi yaratmağı təklif edir.
8 Noyabr 2024
7 Noyabr 2024
7 Noyabr 2024