Azərbaycan fintexi bu ölkə fintexi ilə birgə bazarı araşdıracaqlar

16:11 - 15.05.2024


15 may, Fineko/abc.az. Azərbaycan Fintex Assosiasiyası ilə Özbəkistan şirkəti memorondum imzalayıb.

ABC.AZ xəbər verir ki, memorondum AFA ilə Özbəkistanın SBO şirkəti arasında imzalanıb. Memorandum fintex bazarında araşdırmalarla bağlıdır.

Azərbaycan Fintex Assosiasiyasının nümayəndəsi Azər Əkbərov bildirib ki, anlaşma memorandumu ilə həm Azərbaycan, həm də Özbəkistan, eləcə də digər dünya ölkələrində fintexh bazarının araşdırılması və bu məlumatların bazar iştirakçıları ilə paylaşılması nəzərdə tutulur.

Sənəd Bakıda keçirilən Fintex Sammiti çərçivəsndə imzalanıb.