Azərbaycanda apteklər 4 ayda dərman satışından 402 milyon manat gəlir götürüb

16:57 - 15.05.2024


15 may, Fineko/abc.az. 2024-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 401.9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-cü ilin yanvar-aprel aylarına nisbətən 0.5% artıb. 

Bu ilin 4 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.