Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi sistemi avtomatlaşdırılacaq

15:01 - 7.08.2018


7 avqust, Fineko/abc.az. Azərbaycanda Dövlət Məşğulluq Xidmətinin yeni xidmət modeli yaradılır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, müvafiq  tvinninq layihəsinin həyata keçirilməsi  çərçivəsində nazirlikdə məşğulluq xidmətlərinin avtomatlaşdırılması işləri davam etdirəcək.

“Avropalı ekspertlərlə birgə Dövlət Məşğulluq Xidməti üzrə  yeni xidmət modelinin yaradılması təmin olunacaq”, - nazir belə deyib.

Onun sözlərinə görə, qurum  “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2018-2030-cu illər)” layihəsini, eləcə də, Dövlət Məşğulluq Xidməti üçün xidmət keyfiyyətinin ölçülməsi indikatorları hazırlayıb.

 

 

Bütün xəbərlər