12:32 - 16.05.2024
16 may, Fineko/abc.az. AZAL transformisiya dövrünü yaşayır.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları Sağlamlıq, Təhlükəsizlik, Keyfiyyət və Ətraf Mühit direktoru Rəşad Haqverdiyev Bakıda keçirilən tədbirdə çıxış edərkən deyib.
O bildirib ki, biz təyyarə parkımızı yeniləyiirk.
“Biz 20-dən çox Airbus təyyarə ilə yeniləməyi düşünürük. Bu addımlar 20% yanacaq istifadəsini azaldacaq. Bundan əlavə olaraq bizim komanda yeni bir proqram təminatından istifadə edir, bu sistem vasitəsilə ən yaxşı marşrut tapılacaq və karbon emissiyası azalacaq. AZAL özünə xidmət, check-in xidmətindən istifadə edir. 18 əl baqajı toplama nöqtəsi və özünəxidmət (Self check-in) məntəqəsi açıqlacaq. Bu görülən işlər 1 il ərzində 10 ton kağıza qənaət etmək deməkdir. AZAL tullantıların emalı ilə bağlı layihələr həyata keçirir. Hər il 15 ton kağız tullantını emal edəcəyik. Biz bu layihəni həyata keçirəcəyik." - deyə Rəşad Haqverdiyev əlavə edib.
21 May 2025
19 May 2025
19 May 2025
19 May 2025