15:15 - 16.05.2024
16 may, Fineko/abc.az. Almaniyanın “Rheinmetall” silah şirkətinin İdarə Heyətinin sədri Armin Papperger bildirib ki, şirkət Ukrayna ərazisində müdafiə istehsalında iştirak edəcək.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, hava hücumundan müdafiə vasitələrinin istehsalı üzrə zavodun tikintisi planlaşdırılır.
İdarə Heyətinin sədri xatırladıb ki, 2023-cü ilin payızında Rheinmetall-ın "Ukroboronprom" ilə ilk birgə müəssisəsi yaradılmışdır. Döyüş sursatı istehsalı zavodunun yaradılmasını nəzərdə tutan anlaşma memorandumu imzalanıb, həmçinin hava hücumundan müdafiə vasitələrinin istehsalı üzrə daha bir zavodun tikintisi planlaşdırılır.
Martın ortalarında konsern Ukraynada silah satışından 10 milyard avro məbləğində rekord mənfəət proqnozları fonunda ən azı dörd silah zavodu tikmək planını açıqladı. Mərmilər, döyüş maşınları və hava hücumundan müdafiə sistemləri istehsal etmələri gözlənilirdi.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024