Kənd Təsərrüfatı Nazirliyi və “Azərkosmos” arasında Memorandum imzalanıb

15:18 - 16.05.2024


16 may, Fineko/abc.az. Bakıda keçirilən 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (“Caspian Agro”) Kənd Təsərrüfatı Nazirliyi və “Azərkosmos” arasında əməkdaşlığın genişləndirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ xəbər verir ki, əldə olunan razılaşmaya əsasən, peyk təsvirləri və kosmik həllərdən istifadə etməklə ölkənin aktiv kənd təsərrüfatı ərazilərində əkin növlərinin xəritəsi, o cümlədən pivot suvarma sistemlərinin coğrafi məlumat bazasının yenilənməsi üzrə rəqəmsal xəritə hazırlanacaq.

Qeyd olunur ki, əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində peyk təsvirləri əsasında iqlimin kənd təsərrüfatına təsirlərinin qiymətləndirilməsi işlərinin aparılmasıdır.