Dörd ayda Azərbaycan 52 min tondan çox fındıq ixrac edib

15:28 - 16.05.2024


16 may, Fineko/abc.az. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 41 milyon 548 min dollar dəyərində 52 min 175 ton fındıq ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7 milyon 302 min dollar və ya 15%, miqdar ifadəsilə 3 min 157 ton və ya 32% azalıb.

2023-cü ilin ilk 4 ayında isə Azərbaycandan 48 milyon 850 min dollar dəyərində 9 min 945 ton fındıq ixrac olunmuşdu.

1 kq fındığın orta ixrac qiyməti 2024-cü ilin dörd ayında 10,41 manata başa gəlib ki, bu da illik müqayisədə 2,06 manat (25%) bahalaşma deməkdir.

Ötən ilin eyni dövründə isə fındığın orta ixrac qiyməti 8,35 manata başa gəlib.