Cari ilin 4 ayında ixrac olunan pomidorun həcmi artıb — Rəqəmlər

15:42 - 16.05.2024


16 may, Fineko/abc.az. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 71 milyon 167 min dollar dəyərində 52 min 175 ton pomidor ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17 milyon 6 min dollar və ya  31%, miqdar ifadəsilə 8 min 837 ton və ya 20% artıb.

2023-cü ilin ilk 4 ayında isə Azərbaycandan 54 milyon 161 min dollar dəyərində 43 min 338 ton pomidor ixrac olunmuşdu.

1 kq pomidorun orta ixrac qiyməti 2024-cü ilin dörd ayında 2,31 manata başa gəlib ki, bu da illik müqayisədə 0,19 manat (9%) bahalaşma deməkdir.

Ötən ilin eyni dövründə isə 2,12 manata başa gəlib.