16:15 - 16.05.2024
16 may, Fineko/abc.az. Belarus və Azərbaycan sənaye kooperasiyasını əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdırlar.
ABC.AZ xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların yekunları üzrə jurnalistlərə bildirib.
"Biz bütün məsələləri müzakirə etdik, qapalı mövzular olmadı. Bu, təkcə MTZ texnikası - birgə istehsal deyil, həm də MAZ texnikasının, yanğınsöndürmə texnikasının birgə istehsalıdır. Lift avadanlıqlarının istehsalıdır (Sovet evlərindəki köhnə liftlər dəyişdirilməlidir) - biz bu istehsalı saxlamışıq və burada azərbaycanlı dostlarımızla bu texnikanı istehsal etməyə hazırıq", - deyə Aleksandr Lukaşenko bildirib.
Onun szölərinə görə, Azərbaycan həmçinin daşınan dəmir yolu texnikasının - həm platformaların, həm də sisternaların istehsalında maraqlıdır.
“Belarus bu sahədə də öz təcrübəsini bölüşməyə hazırdır. Ən vacib istiqamət kənd təsərrüfatında əməkdaşlıqdır. Bunlar Belarusiyadan elit cins mal-qaranın tədarükü, kənd təsərrüfatı şəhərlərinin və infrastrukturun qurulması, süd və əmtəə komplekslərinin yaradılması, fermer təsərrüfatlarının inkişafıdır. Xüsusilə dirçəlişə ehtiyacı olan ərazilər üçün aktualdır”, —deyə Lukaşenko bildirib.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024