AzTV auditor axtarır

16:50 - 16.05.2024


16 may, Fineko/abc.az. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 2023-cü il üzrə mühasibat və maliyyə hesabatlarının illik audit xidməti üçün tender elan edir.

Tenderdə iştirak haqqı 70 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini 03.06.2024 14:00 qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs Əlizadə Elşən, [email protected]