Mərkəzi Bankda yeni təyinat

17:16 - 16.05.2024


16 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə Texnologiyaları və İnnovasiya Departamenti yaradılıb.

ABC.AZ “Report”a istinadla xəbər verir ki, departamentin rəhbəri Fidan Tofidi təyin olunub.

Qeyd edək ki, Fidan Tofidi ötən ilin may ayından AMB-də məsləhətçi kimi fəaliyyətinə başlayıb.

Bundan öncə, o, “Paşa Bank” ASC-nin Korporativ Tərəfdaşlarla Münasibətlər şöbəsinin rəhbəri vəzifəsində çalışıb.